Azərbaycan Milli İncəsənət Muzeyində 18 mindən artıq eksponat ziyarətçilərə təqdim olunur. Bu eksponatlar sırasında Səttar Bəhlulzadə, Tahir Nərimanbəyov, Mikayıl Abdullayev, Tahir Salahov kimi dahi Azərbaycan rəssam və heykəltaraşları ilə yanaşı, xarici sənətkarların da əl işlərinə rast gəlmək mümkündür.
Muzeyin eksponatları kimi binası da mədəniyyət incisi hesab olunur. Burada daim Türkiyə, İran, Fransa, Yapon, Çin, Orta Asiya və s. xalqların incəsənətinə həsr edilmiş beynəlxalq sərgilər keçirilir. Bundan başqa, burada elmi tədbirlər, uşaqlar üçün dərnəklər də təşkil olunur.