Qobustan
Qədim dövrlərdə insanlar necə yaşayıb? Gündəlik həyat necə olub? Qobustana virtual tur edərək qayaüstü rəsmlərlə tanış olun və 40 min əvvəldən orta əsrlərə kimi insanların necə ov etdiyi, həyat tərzi, mədəniyyəti barədə unikal məlumatlar öyrənmək fürsətini əldən buraxmayın!
Qobustan Azərbaycan tarixini özündə əks etdirən qədim yaşayış məskəndir. YUNESKO-nun Dünya Mədəni İrs siyahısına salınmış Qobustan qoruğunda yerli insanların həyatı və məişəti qayaüstü təsvirlər vasitəsilə canlanır. Qobustanda 6000-dən çox petroqliflər və ya qayaüstü təsvirlər mövcuddur. Onlardan ən qədimi 40 000 il əvvələ aiddir.

Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarından ibarət olan qoruq Bakıdan təqribən 60 kilometr cənubda yerləşir. Burada Yuxarı Paleolit dövründən orta əsrlərə qədər insanların məskunlaşdığı mağaralar, yaşayış məntəqələri və dəfn yerlərinə rast gəlmək olar. Bundan başqa, bu ərazi dünyanın yeddi təbii möcüzəsindən biri hesab olunan palçıq vulkanları ilə də zəngindir.
Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.