Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə çərçivəsində sərhədlər bağlanmış və hər kəsə evdə qalmaq tapşırılmışdır. Təəssüf ki, nəticədə gözəl paytaxtımız Bakıya turistlərin səfərləri müvəqqəti olaraq məhdudlaşdırılıb. Ona görə də qərara gəldik ki, sizi xüsusi olaraq hazırlanmış platforma vasitəsilə virtual tura dəvət edək. Bu tur Bakını təkrarsız edən bütün gözəllikləri əhatə edir: YUNESKO Dünya İrs siyahısına salınmış İçərişəhər və səmalara yüksələn Alov Qüllələrindən dünya səviyyəli muzeylər, palçıq vulkanları və əbədi alovlara qədər. Siz də qoşulun və bu əsrarəngiz təzadlar şəhərini evlərinizi tərk etmədən özünüz üçün kəşf edin! Özünüzü qoruyun. Ancaq rəsmi mənbələrin məlumatlarına inanın və müvafiq tövsiyələrə əməl edin. |